Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:38

-

Neftin barelinin qiyməti 50 dollar civarında qaldıqca böyük neft istehsalçılarının hasilatı dondurmaq barədə danışıqlar aparmasına ehtiyac yoxdur. Bunu Rusiyanın Enerji naziri Aleksandr Novak deyir.

Novak sentyabrın 1-də bildirib ki, qiymətlər düşərsə, Rusiya OPEC neft karteliylə müzakirələrin bərpasını nəzərdən keçirə bilər.

Bu açıqlamadan sonra Londonda neftin bareli 1,44 dollar ucuzlaşaraq 45,45 dollara düşüb.

Novak ötən ay deyirdi ki, OPEC-lə hasilatın dondurulması barədə müzakirəyə açıqdır. Baxmayaraq ki, apreldə bu barədə razılığa gəlinmədi.

OPEC bu ayın sonuna yaxın Əlcəzairdə görüşməlidir. Apreldəki fikir ayrılığından sonra Rusiya bu il xam neft hasilatını günə 11 milyon barelə çatdıracağını bildirdi ki, bu da postsovet dövrünün yeni rekordu sayıla bilər.

Rusiya 2017-ci ildə neft sənayesi üçün yeni vergiləri gözdən keçirir, qərar payıza gözlənilir. Son 20 ildə ölkə iqtisadiyyatı ən böyük geriləmə dövrünü yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG