Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:41

Rusiya rəsmiləri Birləşmiş Ştatların sentyabrın 1-də elan etdiyi yeni sanksiyaların heç bir təsiri olmayacağını deyir. Həmin sanksiyalar Rusiyanın Ukraynaya təcavüzündə rolu olan 37 fərdi və şirkəti hədəfə alıb.

Rusiyanın 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krım vilayətinə körpü tikən şirkətlər sanksiyaların əsas hədəfidir. Amma onlar sanksiyaların heç bir təsirini gözləmədiklərini deyiblər.

«Sanksiyalar körpü tikintisinə təsir göstərməyəcək», - layihənin məlumat mərkəzi bildirib və qeyd edib ki, körpü Qərbin köməyi olmadan tikilir. «Layihəni bitirməyə podratçının bütün resursları var», - məlumatda deyilir.

Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Alexei Likhachev TASS agentliyinə deyib ki, sanksiyaların «minimum» iqtisadi itkisi olacaq, amma Rusiya bu sanksiyaların ortaya qoyduğu «düşmən ədavətindən təəssüflənir».

Kremlin sözçüsü Dmitry Peskov da sanksiyaların heç bir problemi həll etmədiyini söyləyib. Onun sözlərinə görə, Rusiya sanksiyaları təhlil edəndən sonra cavab verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG