Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:14

Islam Karimov dəfn edildi


İslam Kərimov dəfn edilir
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

İslam Kərimov dəfn edilir

Islam Karimov Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında dəfn olunub. Məzarlıq tarixi əhəmiyyətə malikdir və son 20 ildə orada heç kəs basdırılmayıb.

I.Karimov-un dəfn mərasiminə 17 ölkədən, o cümlədən Mərkəzi Asiya dövlətlərindən, Gürcüstandan, Əfqanıstandan, Cənubi Koreya, Belorus və Ukraynadannümayəndə heyəti gəlib.

Rusiya prezidenti Vladimir Putin dəfn mərasiminə işinin çoxluğu ilə əlaqədar getməyib. Rusiya nümayəndə heyətinə baş nazir Dmitry Medvedev başçılıq edir.

Vida mərasimi
Vida mərasimi

+++

Özbəkistan prezidenti I.Karimov-la vida mərasimi keçirilir.

Karimov-un cənazəsi doğulduğu Səmərqənd şəhərinə gətirilib.

Səmərqənddə mərhum prezidentin cənazəsini minlərlə sakin qarşılayıb.

Səmərqənd
Səmərqənd

+++

Özbəkistan rəsmiləri prezident İslam Kərimovun öldüyünü təsdiqlədi.

Bu barədə ölkənin parlament və hökuməti birgə müraciət yayıb.

"Sentyabrın 2-də ağır xəstəlikdən sonra görkəmli dövlət xadimi, Özbəkistan prezidenti İslam Abdulqaniyeviç Karimov dünyasını dəyişub" - müraciətdə qeyd edilir.

Dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə olacaq.

Ölkədə 3 günlük matəm elan edilib.

İslam Karimov öldü
Gözlə
Embed

No media source currently available

0:00 0:01:16 0:00

İSLAM KARİMOV HAQDA ƏTRAFLI BURDA OXU

***

Azadlıq Radiosunun özbək bürosu bildirir ki, sentyabrın 2-də Səmərqənddəki Uluqbəy adına rəsədxanadan şəhərin mərkəzi bazarına qədər olan əraziyə avromobillər buraxılmır.

Həmçinin qeyb olunur ki, sentyabrın 1-də günün ikinci yarısı Səmərqənddə milis dəstəsi peyda olub.

Sentyabrın 1-də günorta saatlarından sonra baş nazir Mirziyayevin təcili Səmərqəndə gəlməsini şəhərin administrasiyası da təsdiqləyib.

Özbək xidmətinin məlumatına görə, minlərlə abadlıq işçisi gecə saatlarında şəhərin Registan meydanından Bibixonim mavzoleyinə qədər olan ərazidə təmizlik işləri aparıblar. Gecə vaxtı şəhər məscidinin yanındakı yol asfaltlanıb.

Prezident İslam Karimovun beyin qansızmasından sonra xəstəxanaya yerləşdirilməsindən bəri ölkədə icraedici hakimiyyəti baş nazir Şavkar Mirziyayev idarə edir.

Səmərqənddə qəfil təmizlik işləri başlanıb
Səmərqənddə qəfil təmizlik işləri başlanıb

İslam Karimovun ölümü ilə əlaqədar ilk başsağlığını Türkiyə hökuməti verib.

Türkiyənin baş naziri Binali Yıldırımın adından başsağlığını “TRT Haber” telekanalı yayıb.

Sentyabrın 2-də Özbəkistanın Nazirlər Kabineti prezident Karimovun vəziyyətinin kəskin pisləşdiyi barədə məlumat verib. Hökumətin məlumatında bildirilir ki, həkimlər prezidentin vəziyyətininin son dərəcə kritik olduğunu deyirlər.

"Əziz həmvətənlər, böyük ürək ağrısı ilə sizə bildiririk ki, keçən gün prezidentimizin vəziyyətində kəskin pisləşmə baş verib. Həkimlər onun vəziyyətini kritik dəyərləndirir," Özbəkistan hökumətinin məlumatında deyilir.

78 yaşlı İslam Karimovun beyninə qan sızması barədə ilk dəfə prezidentin kiçik qızı Lola Karimova-Tillyayeva öz Instagram səhifəsində yazmışdı.

***

Sentyabrın 1-də Özbəkistanda Müstəqillik Günü tədbirləri Karimov-suz keçib. Dörd gündən bəri heç bir rəsmi bilginin verilməməsi 78 yaşlı prezidentin vəfat etməsi barədə ehtimalı gücləndirmişdi.

Bəzi təsdiqlənməmiş məlumatlar Karimov-un avqustun 29-da öldüyünü iddia edirdi.

Prezidentin ölümü ilə bağlı söz-söhbətləri gücləndirən bir amil də Karimov-un doğma Səmərqənd şəhərində yolların bağlanması, təmizləmə, mərkəzi meydanda quraşdırma işlərinin aparılması olub.

Səmərqənddə gecə vaxtı süpürgəçilər küçələrə çıxarılıb, təmislik işləri aparılır. 2 sentyabr 2016
Səmərqənddə gecə vaxtı süpürgəçilər küçələrə çıxarılıb, təmislik işləri aparılır. 2 sentyabr 2016

Səmərqənddəki böyük məsciddə də hərəkətlilik müşahidə olunub.

Təhlükəsizlik orqanlarındakı mənbələr RFE/RL-in özbək xidmətinə bildirib ki, Baş nazir Shavkat Mirziyaev şəhərə baş çəkib.

Karimovun xəstəxanada müalicə edildiyi elan ediləndən sonra bir neçə rəsmi tədbirləri Baş nazir Shavkat Mirziyaev idarə edib, o cümlədən Daşkənddə müstəqillik günü tədbirində iştirak edib.

XS
SM
MD
LG