Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:41

Hitler İkinci Dünya Müharibəsinə 1933-cü ildən hazırlaşırmış


Adolf Hitler və Almaniyanın Xarici İşlər Naziri Yoaxim Ribbentrop.
Adolf Hitler və Almaniyanın Xarici İşlər Naziri Yoaxim Ribbentrop.

-

Sentyabr ayını 1-i tarixdə İkinci Dünya Müharibəsinin başlanğıcı günü kimi tanınır. Oxu Zalı Alman "Deutschwelle" nəşrinə istinadən əslində müharibənin necə başlandığını izah edən məqaləni ixtisarla təqdim edir.

Sən demə Hitler müharibəyə 1933-cü ildən hazırlaşırmış

Bu gün İkinci Dünya Müharibəsinin başlandığı gündür. Məhz bu gün sentyabr ayının 1-i 1939-cu ildə Hitler Almaniyası Polşaya hücum edib. Beləliklə İkinci Dünya Müharibəsi başlanıb. Ancaq İkinci Dünya Müharibəsi gözlənilməzlik idimi?

Xeyr, heç də hər şey qəflətən baş verməmişdi. Sən demə Adolf Hitler müharibədən xeyli əvvəl yaxın ətrafı ilə söhbətdə işğalçı planlarını gizlətmirmiş. Bu haqda Berlindəki “Terrorun xəritəsi” məlumat-sərgi mərkəzinin əməkdaşı tarixçi Klaus Hesse danışır, onun versiyasına görə, Hitler əslində müharibəyə 1933-cü ildə hakimiyyətə gəldiyi gündən başlayıbmış: “Hitlerin bütün səyləri Versal Sülh Müqaviləsinə yenidən baxdırmaq, “Böyük Almaniyanın” Avropadakı hegamoniyasını bərpa etmək, Almaniyanı davamlı müharibəyə hazırlamaq üçün sənaye ölkəsinə çevirmək idi” – deyə Hesse fikrini tamamlayır.

Buna da bax: "Nasist lideri Himmler gündəliklərində nədən yazırdı"

“Daxili düşmən” – müxalifət və yəhudilərə qarşı müharibə

Almaniyanın Birinci Dünya Müharibəsində məğlub elan oldunuğu Versal Sülh Konfransı. 1919-cu il.
Almaniyanın Birinci Dünya Müharibəsində məğlub elan oldunuğu Versal Sülh Konfransı. 1919-cu il.

1919-cu ilin 28 iyununda imzalanmış Versal sülh müqaviləri Birinci Dünya Müharibəsinin baş verməsinə görə bütün məsuliyyəti Almaniyanın üzərinə qoyurdu. Almaniya ziyan verdiyi ölkələrə cərimə ödəyir, ordusunun miqyasını kiçildir, həmçinin Fransa, Berçika və Poşlanın xeyrinə xeyli torpaqlarından imtina edirdi. Hitler bu müqaviləri milli alçalma hesab edir və ən qısa vaxtda ləğv edilməsinə çalışırdı. Hitlerin ətrafındak nasional-sosialistlər Versal sülhünü “kürəkdən bıçaqlanma” adlandırır və bunu Almaniyaya qarşı əvvəldən hazırlanmış qəsd hesab edirdi. Bu mifə görə hər şeyin günahı Birinci Dünya Müharibəsində Almaniya ordusuna rəhbərlik edən “daxili düşmənlər” yəhudilər və sosial-demokratlardadır.

O dövr Hitlerin yəhudilərə və bütövlükdə Avropaya qarşı mübarizəsində Alman xalqının böyük hissəsi Hitleri (ən azından 1939-cu ilə qədər belə idi) xalqın xilaskarı sayırdı. Hitler diktaturası çoxlarınım maddi durumunu yaxşılaşmdırmışdı, işsizlik azalmış, insanların rifahı yüksəlmişdi. “Hitler populist olsa da, olduqca təcrübəli populist idi, o xalqın təkcə silahla deyil həm də çörəklə idarə olunduğunu anlayırdı”, - deyə Klaus Hesse bildirir. Düzdür onda almanların çörəyi də vardı, ancaq əsas məqsəd silahın hökmranlığını qurmaq idi.

1938-ci ilin sentyabrında müharibədən yayınılır, ancaq təxirə salınmır

Hiterin Avropada işğal fəaliyyəti 1938-ci ildə öz doğma vətəni Avstriyanı Almaniyaya birləşməsi olur. Tezliklə o Çexoslavakiyanın Sudet vilayətində almanlara qarşı ayrıseçkiliyi bəhanə edərək bu ölkəyə soxulur. Bunu görə Britaniya və Fransız siyasətçiləri Hitlerin bir az ərazi əldə etdikdən sonra sakitləşəcəyini nəzərə alaraq hərəkətinə göz yumurlar. Beləliklə 29 sentyabr 1938-ci ildə Çexoslavakiyanın Sudet əyaləti Almaniyaya birləşdirilir.

1938-ci ildə artıq əksər Avropa dövlətləri Almaniyadan qorxurdu. Tarixçi Klaus Hesse deyir ki, “Almaniyanın Birinci Dünya Müharibəsində məğlubiyyətə uğramış dövlətdən, yeni fövqəldövlətə çevrilməsi artıq aydın görünürdü və çoxları bu dövlətlə münaqişəni qaçılmaz görürdü”.

Buna da bax: "Əgər Hitler «Hərb və Sülh» romanını oxusaydı..."

Əslində müharibə Sovet-Almaniya dostluğu ilə başlamışdı

1939-cu ildə Almaniya ilə Sovet İmperiyası arasında dostluq müqaviləsinin imzalanması.
1939-cu ildə Almaniya ilə Sovet İmperiyası arasında dostluq müqaviləsinin imzalanması.

1939-cu ilin 23 avqustunda Hitler Almaniyasıyla Sovet imperiyası arasında hücum etməmək razılığı və bir Avropadakı düşmənlərə qarşı birlikdə mübarizə aparmaqla bağlı bəndlərin olduğu“Ribbentrop-Molotov paktı” imzalanır. Yalnız bu “dostluq” paktından sonra 1939-cu il sentyabr ayının 1-də Almaniya Polşaya soxulur və bir hissəsini işğal edir, onun ardınca sentyabrın 17-də isə Sovet ordusu Polşaya soxulur və beləliklə imzalanan yeni bir dostluq müqaviləsi ilə Polşa Almaniya ilə Sovet İmperiyası arasında bölünü. Almaniyanın bu özbaşınalığına etiraz edən Böük Britaniya ilə Fransa isə sentyabr ayının 1-i günü Almaniyaya müharibə elan edir. Beləliklə 60 milyon insanın həyatını aparan İkinci Dünya Müharibəsi başlanır.

Müəlliflər: Sara Judit Hoffman, Anastasiya Buchko.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG