Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:02

İlham Əliyev İslam Karimova cansağlığı arzulayıb


İlham Əliyev və İslam Kərimov (2010)

İlham Əliyev və İslam Kərimov (2010)

-

Pezident İlham Əliyev Özbəkistanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin başçısı İslam Karimova təbrik məktubu göndərib.

Bu haqda Azərbaycan prezidentinin rəsmi internet saytı xəbər verir.

Təbrik məktubunda vurğulanır ki, “sizin rəhbərliyinizlə qardaş Özbəkistan dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb”.

Məktubda daha sonra yazılır:

“Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq diləyirəm”.

Buna da bax: Özbəkistanda bayram konserti təxirə salınıb

Bəzi məlumatlara görə, İ. Karimov insult keçirib.

Sentyabrın 1-də Özbəkistan Sovet İttifaqından ayrılıb müstəqillik elan etməsinin 25-ci ildönümünü qeyd edir. Bu arada Prezident İslam Karimovun səhhəti, ölkəni kimin idarə etməsi barədə qeyri-müəyyənlik qalmaqdadır.

Hökumət avqustun 28-də onun səhhəti barədə rəsmi açıqlama yayıb, o vaxtdan informasiya verilmir. Avqustun 29-da prezidentin ölümü barədə məlumat yayılsa da, təsdiqlənməyib.

Özbəkistan müstəqilliyini elan edəndən Karimov-un idarəçiliyi altında olub.

Avqustun 31-də dövlət televiziyasında Karimov-un xalqa müraciəti oxunub.

Baş nazir Shavkat Mirziyaev avqustun 31-də Daşkənddə bir tədbirə qatılıb.

Buna da bax: Karimovun xalqa müraciəti yayılıb

«Əndican qətliamı»

İslam Karimov 2005-ci il mayın 13-də baş verən Əndican hadisələri ilə yadda qalıb.

Həmin vaxt axşama doğru hökumət qüvvələri mitinq keçirən, aralarında qadınlar və uşaqlar da olan kütləyə tanklardan, vertolyotlarla hücum edib, atəş açmağa başlayıb. Bununla da «Əndican qətliamı» deyilən qırğın başlayıb. Həmin vaxt nə qədər adamın həlak olduğu, hələ də, mübahisə mövzusudur. Həlak olanların sayı barədə rəsmi məlumatlar belədir: 94 terrorçu, 20 hüquq-mühafizə orqanları əməkdaşı, 11 əsgər, 57 sıravi vətəndaş, 5 nəfər də şəxsiyyəti məlum olmayan adam. Cəmi 187 nəfər.

Amma insan haqları təşkilatları və müxalifət ölənlərin min nəfərə yaxın olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG