Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35

Türkiyə Silahlı qüvvələrindən 820 nəfər də çıxarıldı


Çevriliş cəhdindən sonra Türkiyədə nümayiş, arxiv fotosu

Çevriliş cəhdindən sonra Türkiyədə nümayiş, arxiv fotosu

-

Türkiyənin Müdafiə Nazirliyi bildirir ki, ölkənin quru və dəniz qüvvələrindən daha 820 nəfər işdən çıxarılıb. 15 iyul çevriliş cəhdindən sonra ordunun təmizlənməsi davam edir.

İşdən yeni çıxarılmalar sentyabrın 1-də elan olunub. Ankara indiyədək minlərlə hərbçini vəzifəsindən kənarlaşdırıb, bəziləri həbsə atılıb.

İşdən çıxarılanlar içində generallar da var, sıravi əsgərlər də.

Ümumilikdə isə çevrilişə cəhd edənlərlə əlaqəli olduğu bildirilən 80 min nəfər kənarlaşdırılıb.

Avropa Birliyi və ABŞ kütləvi həbslərdən narahatlıq ifadə edib, Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın siyasi opponentlərini zərərsizləşdirdiyini bildiriblər.

Erdogan həmin şevriliş cəhdinə görə ABŞ-da yaşayan Fethullah Gulen-in ittiham edir, Gulen isə bunu təkzib edir.

XS
SM
MD
LG