Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:39

Trump yenə müsəlmanlardan danışdı


Donald Trump (sağda) və Enrique Pena Nieto, 31 avqust, 2016-cı il

Donald Trump (sağda) və Enrique Pena Nieto, 31 avqust, 2016-cı il

-

ABŞ-da prezidentliyə namizəd Donald Trump bir daha vurğulayıb ki, əcnəbiləri Birləşmiş Ştatlara buraxmamaq lazımdır. O, bir neçə həftə öncə eyham vurmuşdu ki, anti-immiqrasiya planlarını yumşalda bilər.

Trump avqustun 31-də danışıb. Deyib ki, ABŞ-a qanunsuz girmiş şəxsləri öz ölkələrinə qaytarmaqdan ötrü “deportasiya işçi qüvvəsi” yaradacaq, Suriya və Liviya kimi ölkələrdən gələnlərə viza verməyəcək. Hər iki müsəlman ölkəsində İslam Dövləti (İŞİD) qruplaşmasıyla mübarizə gedir.

“Dünyaya mesajımız bu olacaq: ölkəmizə qanunsuz girməklə hüquqi status ala, yaxud ABŞ vətəndaşı ola bilməyəcəksiz. Qaçaq yolla ölkəyə girərək gizlənib, sonra da leqallaşdırılmanızı gözləməməlisiniz. O günlər bitdi”.

Trump onu da əlavə edib ki, ABŞ-Meksika sərhədində divar ucaltmaq vədinə əməl edəcək və Meksikanı bunu maliyyələşdirməyə məcbur edəcək.

Elə həmin gün Meksika prezidenti Enrique Pena Nieto bildirib ki, Mexiko şəhərinə qısa səfər edən Trump-a belə bir layihəyə heç vaxt maliyyə ayrılmayacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG