Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:52

Ermənistanın Vayosdzor regionunun Aqavnadzor kəndində bütün məktəb dərs ilinə başlaya bilmir. Yerli sakinlər məktəbin qapısını kəsib, uşaqları içəri girməyə qoymur.

Bu yolla bütün Ermənistanın diqqətini cəlb etmək istəyən etirazçılar deyirlər ki, onlar toplayıb-təhvil verdikləri üzümün 10 aydır ki, pulunu ala bilmirlər.

Bunu Azadlıq Radiosunun erməni xidməti xəbər verir.

Pulu verməyən isə şərab zavodlarıdır.

Bundan əvvəl həmin etirazçılar yolları, küçələri kəsirdilər, heç bir faydası olmayıb.

Nümayişçilər etirazlarının müddətsiz olduğu, həmin vaxta qədər heç bir şagirdi məktəbə buraxmaycaqlarını bildirirlər. Maraqlıdır ki. həmin şagirdlər elə etirazçıların öz uşalqarıdır.

Məktəbin müəllimləri isə Azadlıq Radiosuna deyiblər ki, etirazçıların tələbi ilə razılaşsalar da, bu şəkildə etiraz məktəbin tədris prosesini pozur.

Həmin üzümün ödənməyənpulu isə 140 milyon dram və ya 295 min dollardır.

Şərab zavodları niyə pulu vermir? Bəzi direktorlar mediaya müsahibələrində deyirdilər ki, onlar bu üzümü baş nazirin çağırışı ilə alıblar.Ancaq ödəməyə pulları yoxdur. Direktorlar deyirlər ki, Onlar üzümü alanda üzümün pulunun uzun müddət olmayacağıxəbərdarlığını ediblər.

Həmin kəndin sakinləri isə 2 min nəfərdir. Üzüm onların əsas gəlir mənbəyidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG