Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:24

Leysan gözlənilir


Yağış
Yağış

Sentyabrın 2-si Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı bildirilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 20-23, gündüz 24-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.

Sentyabrın 2-də ölkənin rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı qeyd edilir. Bəzi yerlərdə yağıntının leysana çevriləcəyi ehtimal edilir. Gecə 18-23, gündüz 25-30, dağlarda gecə 13-17, gündüz 18-23 dərəcə isti proqnozlaşdırılır.

XS
SM
MD
LG