Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 14:59

Qadın pilotun ölüm səbəbi bilinmir


Dilarə Babayeva
Dilarə Babayeva

Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu, 30 yaşlı Dilarə Babayevanın 1 saylı Şəhər Xəstəxanasında ölümü ilə bağlı cinayət işi açılıb. Xəbəri Lent.az yayıb.

Xəbərə görə, ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, ölümün səbəbi araşdırılır.

İlkin olaraq zəhərlənmə şübhəsi ilə xəstəxanaya gətirilən və 36 həftəlik hamilə olan D.Babayeva tibbi müdaxiləyə baxmayaraq, vəfat edib. Onun bətnindəki körpəsi də tələf olub.

D.Babayevanın meyiti ekspertiza müayinəsindən keçirilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi qadının beynində qansızma əlamətləri müşahidə olunduğunu bildirib. Bunun nə ilə bağlı olduğu dəqiqləşdirilir.

Ölümün səbəbi bütün laborator müayinələr aparıldıqdan sonra bəlli olmalıdır.

Avqustun 30-da vəfat edən xanım pilotun Qubada dəfn edildiyi bildirilir.

XS
SM
MD
LG