Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:54

Jurnalistin ev dustaqlığına buraxılması istənilir


Fikrət Fərəməzoğlu

Fikrət Fərəməzoğlu

«Jurnalist Fikrət Fərəməzoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırmışam. Sentyabrın 2-də Nərimanov Rayon Məhkəməsində vəsatətə baxılması gözlənilir».

Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.

E.Sadıqov F.Fərəməzoğluna qarşı irəli sürülən ittihamı əsassız adlandırıb: «Onu hədə-qorxu ilə rüşvət tələb etmədə ittiham edirlər. Amma cinayət işində bunu sübut edə biləcək bir dəlil belə yoxdur. Odur ki, ittihamları da, həbs-qətimkan tədbirini də əsassız hesab edirəm».

Vəkilin sözlərinə görə, F.Fərəməzoğlunun həbsinə səbəb jurnalist fəaliyyətidir.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb.

DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alıb.

Nərimanov Rayon Məhkəməsi iyulun 2-də F.Fərəməzoğlu barəsində 3 aylıq həbs qərarı verib. O, tutulandan az sonra vəkildən imtina etmişdi.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

F.Fərəməzoğlu son illərdə bir neçə dəfə prokurorluğa da çağırılıb. Ona yazılarına görə xəbərdarlıq olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG