Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51

Kerry Pakistandan gələn ekstremistlərdən danışır


John Kerry Nyu Dehlidə universitetdə çıxış edərkən, 31 avqust, 2016-cı il

John Kerry Nyu Dehlidə universitetdə çıxış edərkən, 31 avqust, 2016-cı il

-

ABŞ Dövlət katibi John Kerry Pakistanı regionda sülhü əngəlləyən ekstremist qrupların “sığınacaqlarını” ləğv etməyə çağırıb.

Avqustun 31-də Hindistana səfərinin ikinci günündə Kerry deyib ki, son aylar bəzi irəliləyişin əldə olunmasına baxmayaraq, Pakistan sərhədləri daxilində gizlənən yaraqlılarla daha sərt mübarizə aparmalıdır.

Kerry Talibana bağlı Haqqani şəbəkəsinin, Lashkar-e-Taiba qruplaşmasının adlarını çəkib, onların ekstremist fəaliyyətlə məşğul olduğunu vurğulayıb.

“Onlar bizimlə birlikdə işləyərək pis oyunçuların sığınacaqlarını təmizləməlidirlər. Bu oyunçular təkcə Pakistanla Hindistanın münasibətlərinə təsir göstərmir, həmçinin bizim Əfqanıstanda sülhə və sabitliyə nail olmaq bacarığımızı kölgələyir”, Kerry deyib.

Birləşmiş Ştatlar Pakistanın kəşfiyyat agentliyini Haqqani yaraqlılarını dəstəkləməkdə ittiham edir. Pakistan isə bunu təkzib edir.

Pakistan ordusu Haqqaninin mənzilləndiyi Şimali Vəziristanda hərbi əməliyyatlara başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG