Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:46

Türkiyənin daxili işlər naziri istefa verib


Türkiyədə çevriliş cəhdindən sonra Ankarada nümayiş, arxiv fotosu

Türkiyədə çevriliş cəhdindən sonra Ankarada nümayiş, arxiv fotosu

-

Avqustun 31-də Türkiyənin daxili işlər naziri Efkan Ala istefa verib.

Baş nazir Binali Yildirim bu açıqlamanı verərkən detallara varmayıb. Onun sözlərinə görə, bu posta keçmiş əmək naziri Suleyman Soylu gəlir.

Türkiyədə daxili işlər nazirinin məsuliyyətləri sırasına ölkənin cənub-şərqindən keçərək Suriyada İslam Dövləti (İŞİD) qruplaşmasına qoşulanların önünü kəsmək də daxildir. İstefasından bir neçə saat öncə Ala elan edib ki, bu ilin əvvəlindən 865 nəfər saxlanıb. Onların yarıdan çoxu əcnəbilərdir və Suriyaya keçməyə cəhd göstəriblər.

İyuldakı uğursuz çevriliş cəhdinə görə Prezident Recep Tayyip Erdogan kəşfiyyat xidmətini suçlayırdı. Amma bu, Alanın karyerasına elə bir zərbə vurmadı. O, çevriliş cəhdindən sonrakı həbslərdə əsas rol oynadı.

Qərb agentlikləri yazır ki, Alanın qəfil istefasına İŞİD və kürd yaraqlılarının törətdiyi bildirilən son hücumlar səbəb ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG