Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:49

ABŞ səfiri Robert Cekuta avqustun 31-də Azərbaycana səfər edən öz ölkəsinin milli şahmat komandasının üzvləri və yerli şahmatçılarla görüşüb. Bu gün, sentyabrın 1-də Bakıda 42-ci Şahmat Olimpiadasının açılışı olacaq.

ABŞ səfirliyinin xəbərinə görə, cənab Cekuta bildirib ki, şahmat məntiqi təfəkkür üçün lazım olan önəmli bacarıqların formalaşmasına kömək edir: «Şahmat qərarlar qəbul etməyi öyrədir, yaddaşı inkişaf etdirir, iradə qüvvəsini möhkəmləndirir, uşaqları qələbəyə həvəsləndirir və onlara məğlubiyyətin öhdəsindən gəlməyi aşılayır. Bu cür bacarıqlar sərhədləri aşır və bu kimi yarışlar dünyanın müxtəlif yerlərindən olan oyunçuların bir araya gəlməsinə kömək edir».

Birləşmiş Ştatlarda şahmatın inkişafına Benjamin Franklin-dən başlayaraq ABŞ-ın keçmiş təhsil naziri Terrel Bell-ə qədər bir sıra müəllimlər tərəfindən dəstək verilib.

42-ci Şahmat Olimpiadası sentyabrın 1-dən 14-dək Bakıda keçirilir. Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də, saat 19:00-da Milli Gimnastika Arenasında olacaq.

Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 176 ölkədən 182 komanda qeydiyyatdan keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG