Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:04

İran generalı Hələb döyüşlərində öldürülüb


-

İranın dövlət mətbuatı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) təqaüdə çıxmış generalının avqustun 30-da Şimali Suriyada - Hələb şəhərində sünni yaraqlılarına qarşı vuruşmada öldürüldüyünü xəbər verir.

Fars xəbər agentliyi general Ahmad Gholaminin "İslam dövləti" qruplaşmasının döyüşçüləri ilə, yoxsa ABŞ-ın dəstəklədiyi sünni yaraqlılar ilə döyüşlərdə öldürüldüyü dəqiqləşdirilmir.

Xəbərdə Gholami Suriyada Suriya hökumət qüvvələrində hərbi məsləhətçi olaraq xidmət edən könüllü kimi təqdim olunur.

Rəsmi Tehran onun hər hansı ordu hissəsinin, yaxud əsgərinin Suriyada fəal olduğunu inkar edir, amma orada olan hər hansı komandir və ya generalın sırf könüllü hərbi məsləhətçi kimi fəaliyyət göstərə biləcəyini bildirir.

İran mətbuatı son illərdə çoxlu sayda iranlı "hərbi məsləhətçinin" və "könüllünün" Suriyada öldürüldüyü barədə xəbər verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG