Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:45

Rusiya: 'İslam Dövləti' qruplaşmasının komandirini öldürmüşük (Vdieo)


-

Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Hələb vilayətində rus hava qüvvələrinin hücumu nəticəsində "İslam Dövləti" qruplaşmasının komandiri Abu Muhammad al-Adnaninin öldürdüyünü bildirir.

Nazirliyin avqustun 31-də verdiyi açıqlamada Adnaniyə qarşı həyata keçirilən ölümcül hücum daxil olmaqla ardıcıl hava hücumları nəticəsində ən az 40 "İslam Dövləti" qrupu döyüşçülərinin öldürüldüyü bildirilir.

Avqustun 30-da rəsmi Pentagon Adnanini hədəf alan hava hücumlarını həyata keçirdiyini təsdiqləyib.

Lakin rəsmi Pentaqon Amerika hərbi rəsmilərinin hələ də ABŞ hücumlarının nəticələrini qiymətləndirdiklərini bildirərək onun ölüm xəbərini təsdiqləməkdən yayınıb.

"İslam Dövləti" ilə əlaqəsi olan Amaq xəbər agentliyi avqustun 30-da Adnaninin Hələb vilayətində öldürüldüyünü xəbər verib.

Pentaqon sözçüsü Peter Cook Adnanini İslam Dövləti qrupunun kənar əməliyyatlar üzrə "əsas memarı" və əsas sözçüsü kimi təsvir edib.

Cookun Adnaninin İslam Dövləti döyüşçülərinin hərəkətlərini koordinasiya etdiyini, onları mülki vətəndaşlara və hərbçilərə qarşı təkbaşına hücumlara bilavasitə təşviq etdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG