Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:21

Azərbaycan prezidenti İlham Əliyev avqustun 31-də Bakıda səfərdə olan Gürcüstanın baş naziri Giorgi Kvirikashvili ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, İlham Əliyev deyib ki, ölkələr arasında münasibətlərin inkişafından çox məmnundur.

«Əminəm ki, Sizin səfəriniz gələcək əlaqələrimizin dərinləşməsinə, möhkəmlənməsinə xidmət edəcək. Bizi tarix, coğrafiya, maraqların üst-üstə düşməsi və iri transmilli energetika, nəqliyyat layihələri birləşdirir. Bu layihələrin reallaşmasından, uğurlu fəaliyyətindən ölkələrimizin və xalqlarımızın rifahı, həm də regionumuzdakı sabitlik asılıdır», - prezident İlham Əliyev qeyd edib.

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili isə bildirib ki, Azərbaycan və gürcü xalqlarını çoxəsrlik dostluq birləşdirir: «Biz həqiqətən də strateji xarakter daşıyan münasibətlərimizin gələcək inkişafını hərtərəfli dəstəkləyirik. Sizin artıq qeyd etdiyiniz kimi, bizi xalqlarımızın rifahının yaxşılaşdırılması üçün vacib olan strateji, regional, qlobal xarakterli layihələr bağlayır».

Giorgi Kvirikashvili avqustun 31-i Azərbaycana gəlib. Onun azərbaycanlı həmkarı Artur Rasizadə ilə də görüşü gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG