Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:56

Görmə əngəlli analar körpələrini doğulmamış 'görəcəklər'


3D model
3D model

Polşa şirkətlərindən biri valideyn olmağa hazırlaşan görmə əngəlli insanları sevindirəcək xidmət istifadəyə verib.

Yeni xidmət bu insanlara ana bətnində körpələrinin görüntüsünü hiss etməyə imkan verəcək. Şirkət onlara körpənin 3D printerdə çap edilən həcmli modellərini təklif edir. Layihə «Əngəlsiz gözlənti» adlanır .

BAHALI MÜAYİNƏLƏRƏ GƏRƏK YOXDUR

Şirkətin mütəxəssislərindən Aleksandra Witkowska-nın sözlərinə görə, valideynlərin əlavə bahalı müayinədən keçmələrinə gərək yoxdur. Standart ultrasəs müayinəsinin nəticəsi xüsusi proqramla 3D modelə çevrilir, 3D printerlə çap edilir.

Layihə müəllifləri iddia edirlər ki, 3D modelləmə zamanı körpənin ana bətnindəki real görüntüsü, ölçüləri qorunur.

Uşağın obrazının çapı Polşa sakinlərinə 1 avroya başa gəlir. Digər ölkələrdə yaşayanlar da xidmətdən yararlana bilərlər. Şirkət onlar üçün 3D printer faylı yarada, elektron poçtla göndərə bilər. İstifadəçi sonra bu faylı özü çap edə bilər. Çapa 4-7 saat vaxt tələb olunur.

XS
SM
MD
LG