Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04

Rusiya BMT-nin Suriyayla bağlı hesabatına dair sualları olduğunu bildirir. Həmin hesabatda Suriya hökuməti iki dəfə xlor qazından istifadə etməkdə suçlanır. Rusiya bildirir ki, BMT-nin Təhlükəsizlik Şurası bu hesabatın gəldiyi nəticələr əsasında sanksiyalar qoya bilməz.

«Onlar Suriya tərəfini iki halda ittiham edirlər, bizim isə çox ciddi suallarımız var», - Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin avqustun 30-da jurnalistlərə deyib. Daha öncə Təhlükəsizlik Şurası bağlı qapılar arxasında həmin hesabatı müzakirə edib.

«Hesabatda sanksiya qoyulacaq heç kəsin adı çəkilmir. Burada konkret ad, detal, barmaq izi yoxdur. Dəlil ortadadır. Bilirik ki, böyük ehtimalla xlordan istifadə olunub. Amma silahın üzərində barmaq izi yoxdur».

Suriyada kimyəvi silahlardan istifadəni araşdıran BMT müfəttişlərinin mandatı sentyabrın 24-də bitir. Churkin deyib ki, Rusiya bu mandatın uzadılacağını istisna edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG