Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

Ankara Suriyanın şimalında kürd döyüşçülərlə atəşkəs razılaşması barədə məlumatları təkzib edir.

Türkiyənin Avropa Birliyi ilə münasibətlər üzrə naziri Ömer Çelik avqustun 31-də bildirib ki, Ankara «Türkiyə və kürd elementlər arasında heç bir halda kompromis və ya atəşkəsi qəbul etməyəcək».

+++

Avqustun 30-da Suriyadakı Türkiyə qüvvələri ilə ABŞ-ın dəstəklədiyi kürd yaraqlıları döyüşlərə ara verməyə razılaşıblar. Atəşkəsin nə qədər çəkəcəyi bilinməsə də, ABŞ bunu alqışlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby deyib ki, sakitlik 12-18 saat çəkib və Birləşmiş Ştatlar bunun davamlı olmasını, koalisiyanın bütün üzvlərinin «İslam Dövləti» (İŞİD) qruplaşmasına qarşı mübarizəyə köklənməsini istəyir.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü John Thomas-ın sözlərinə görə, tərəflərin atışmanı dayandıracağı, İŞİD-ə fokuslanacağı barədə təminat alıblar.

Kürd rəsmisi də atəşkəsin saxlandığını bildirib. Türkiyə hərbi mənbələri isə belə bir razılaşmanın olmadığını deyib. Türkiyənin dəstəklədiyi üsyançılar yalnız fasilə götürüldüyünü, hərbi əməliyyatların tezliklə bərpa olunacağını vurğulayıb.

XS
SM
MD
LG