Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:58

Bu gün - avqustun 31-də Gürcüstanın baş naziri Giorgi Kvirikashvili-nin Azərbaycana gələcəyi bildirilir.

APA-nın xəbərinə görə, G.Kvirikashvili-nin rəsmi səfəri çərçivəsində prezident İlham Əliyev və azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşü gözlənilir.

Baş nazirin başçılıq etdiyi Gürcüstan hökumətinin nümayəndə heyətinin tərkibinə onun müavini, energetika naziri Kakha Kaladze və xarici işlər nazirinin müavini Gigi Gigiadze də daxildir.

Avqustun 29-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana getmişdi. O, Gürcüstanlı həmkarı və baş nazir Giorgi Kvirikashvili ilə görüşmüşdü. Bu səfərdə ikitərəfli əlaqələr və Qarabağ münaqişəsi ətrafımda müzakirə aparıldığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG