Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:09

Həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvi Elgiz Qəhrəmana valideynləri ilə görüşməyə icazə verilməyib.

Bu haqda NİDA-dan Samir Əsədli məlumat verib.

S. Əsədlinin dediyinə görə, avqustun 30-da E. Qəhrəmanın valideynləri onunla görüşmək üçün Bakı İstintaq Təcridxanasına gediblər. Ancaq təcridxana rəhbərliyi görüşə icazə verməyib.

S. Əsədli qeyd edir ki, görüşə icazə verilməməsinə qanuni səbəb göstərilməyib.

Penitensiar Xidmət isə gənc fəalın valideynləri ilə görüşünə icazə verilməməsi ilə bağlı hər hansı açıqlama verməyib.

E. Qəhrəmanın vəkilləri avqustun 26-da onunla görüşmüşdülər. Vəkilləri gəncin bədənində zorakılıq izlərinin qaldığını deyirdilər.

Bundan əvvəl isə vəkil bildirmişdi ki, Elgiz Qəhrəman ona tutulandan sonra işgəncə verildiyini deyir.

Buna da bax: Elgiz Qəhrəmanın həbsindən şikayət edildi

Gənclə görüşən Ombudsman Aparatı əməkdaşları isə ona işgəncə verilməsini təsdiq etməmişdilər.

E. Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qəti imkan tədbiri seçilib. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

Buna da bax: Azərbaycanda yeni ittiham: Gülençi

E. Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.

NİDA hərəkatı E. Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG