Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:53

-

AXCP üzvü, II qrup Qarabağ əlili İsmayıl Rəsulov avqustun 30-də məhkəmə zalından azadlığa buraxılıb.

Bu barədə Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası qərar verib.

Avqustun 24-də axşam saatlarında saxlanılan İ.Rəsulova ertəsi gün Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilmişdi. Bakı Apellyasiya Məhkəməsi Qarabağ əlilinin həbsdə saxlanıldığı altı günü yetərli hesab edib və onun azadlığa buraxılması barədə qərar qəbul edib.

İ.Rəsulovun vəkili Əsabəli Mustafayev bu qərarı ictimaiyyətin Qarabağ əlilinə qarşı münasibətə kəskin reaksiyasının nəticəsi kimi dəyərləndirir:

"Biz apellyasiya şikayətini avqustun 29-da məhkəməyə təqdim etmişdik. Şikayətə belə tələsik baxılacağını gözləmirdik. Bu gün qəfildən zəng elədilər ki, "gəlin, şikayətə baxılır". Hesab edirəm ki, mediada gedən yazıların, Qarabağ əlilinin şərlənməsinə sosial şəbəkələrdəki müzakirələrdəki sərt təpkinin, qınağın nəticəsi olaraq, İsmayıl bəyi azadlığa buraxdılar".

59 yaşlı İ.Rəsulov küçədə xalqa və dövlətə qarşı çağırışlar edib, söyüş söyərkən yaxınlaşıb onu sakitliyə dəvət edən polisə müqavimət göstərməkdə ittiham edilirdi. Lakin İ.Rəsulov ittihamın saxta olduğunu, nə söydüyünü, nə də kiməsə müqavimət göstərdiyini deyir. Bildirir ki, onu evdə olarkən telefonla bölməyə dəvət ediblər, o da könüllü şəkildə gedib.

Buna da bax: 30 sutka alan cəbhəçi polisə müqavimətdə günahlandırılır

Günün bütün mövzuları

XS
SM
MD
LG