Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:19

-

Avqustun 30-da Müdafiə Nazirliyində keçirilən müşavirədə döyüş hazırlığı və nizam-intizamın vəziyyəti müzakirə edilib. Nazir müavinləri və birlik komandirlərinin məruzələri dinlənilib.

Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

Məlumatda qeyd edilir ki, müdafiə naziri Zakir Həsənov xalqın və ölkə rəhbərliyinin ordunun fəaliyyətinə yüksək qiymət verdiyini bildirib.

Nazir müşavirədə vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub. Müşavirədə irəli sürülən təklifləri nəzərə alan qərar layihəsinin qəbul edildiyi bildirilir.

Toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, birlik, birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG