Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:51

-

Təxminən 2 il əvvəl neftin qiymətində başlayan azalma ilə şirkətlər neft axtarışına ayrılan büdcələrini kəsdilər.

Sonucda 2015-də sadəcə 2.7 milyard barellik yeni mənbə kəşf edilib. Edinburqda yerləşən Wood Mackenzie təşkilatının göstəricilərinə görə, bu, 1947- dən bəri ən aşağı səviyyədir. Bu il də vəziyyət fərqli deyil. Neft axtarış şirkətləri iyul ayına 736 milyon barel neft tapıb.

ABŞ Dövlət Enerji İnformasiya İdarəsi bildirir ki, qlobal neft tələbi hazırda günlük 94.8 milyon barreldən, 2026-cı ildə 105.3 milyon barelə yüksələcək.

Rusiya və OPEC-in sürətlə hasilata davam etməsi beynəlxalq neft anbarlarını doldurub. Bu ölkələr bazar paylarını qoruya bilməkdən ötrü dünyanı sanki neftlə boğublar.

Wood Mackenzie-də neft araşdırmalarına məsul Andrew Latham-a görə, qlobal neft xərcləri 2014 –cü ildə 100 milyard dollar idisə, 2015-ci ildə bu rəqəm 40 milyard dollar azalıb. Latham deyir ki, xərclərin həcmi 2018-ci ilədək eyni səviyyədə qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG