Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41

ABŞ-ın ticarət missiyası sentyabrın 15-i Azərbaycana gələcək.

AZƏRTAC xəbər verir ki, ticarət missiyası kiçik və yerli biznesin inkişafı departamentinin (Exportdc) dəstəyi ilə təşkil olunub.

Missiyanın tərkibinə ixtisaslaşmış kiçik və orta Amerika şirkətləri daxildir. Bunlar satış, marketinq, landşaft memarlığı, dizayn, informasiya texnologiyaları, müdafiə məhsulları, mülki mühəndislik, geodeziya, səhiyyə və təhsil xidmətlərinə aiddir.

Missiyada «Browne and Associates», «Cube84», «Symbiosis DC», «Synergetic Information Systems», «C.L. Russell Group», «Zura Consulting», «West Coast Connections» şirkətləri də yer alacaq.

Səfər çərçivəsində ticarət missiyası bir sıra görüşlər keçirəcək.

Səfərin sentyabrın 16-da başa çatacağı bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG