Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:32

Yerevan məhkəməsi Birləşmiş Ştatların çirkli pulyuma və qanunsuz silah satışı ittihamlarıyla axtardığı rusiyalını saxlamaqdan imtina edib. Bu barədə Rusiya xəbər agentlikləri məlumat yayıb.

Avqustun 29-da məhkəmə prokurorların vəsatətini rədd edib. Vəsatətdə Sergei Mironov-un həbsi istənilirdi. Amma ABŞ-ın ekstradisiya xahişi hələ bağlanmış sayılmır və 40 gün ərzində həllini tapacaq. Bunu Rusiya-Ermənistan Vəkillər Kollegiyasının prezidenti Ruben Kirakosyan “RIA Novosti” agentliyinə deyib.

“O vaxtadək Mironov azadlıqda olacaq, amma Yerevanda qalmalıdır. Məsələ həll olumayanadək onun ölkədən çıxmasına icazə verilməyəcək”, Kirakosyan deyib.

Mironov ABŞ hökumətinin xahişiylə avqustun 26-da Yerevan beynəlxalq aeroportunda saxlanıb. ABŞ onu açıqlanmayan xarici ölkəyə hərbi texnologiyanın qanunsuz transferində, eləcə də çirkli pul yumaqda ittiham edir. Birləşmiş Ştatlar onu bu ilin mayında beynəlxalq axtarışa verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG