Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:36

Avqustun 30-da səhər Qırğızıstan paytaxtı Bişkekdə Çin səfirliyi qarşısında partlayış törədilib. Avtomobili səfirliyin darvazasına çırpmaq istəyən sürücü həlak olub, yaxınlıqdakı adamlar yaralanıb.

Qırğızıstan hökuməti bildirir ki, səfirliyə intiharçı hücum edib. Baş nazirin müavini Zhenish Razakov-un sözlərinə görə, sürücü partlayıcılarla dolu maşını səfirliyin darvazasına çırpıb.

Ölkənin səhiyyə nazirliyi 3 nəfərin yaralandığını bildirir. İlkin məlumatlara görə, ikisi mühafizəçilərdir.

Qırğızıstanın GKNB dövlət təhlükəsizlik xidməti bildirib ki, partlayışın səbəbini araşdırır, amma detalları açıqlamayıb.

Səfirliyin darvazasına, eləcə də hasarına ziyan dəyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG