Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:51

«Bakı Fond Birjası» QSC-nin (BFB) Üzvlük Komissiyası bəzi üzvlərin fəaliyyətini «Qiymətli kağızlar bazarı haqqında» Qanuna və onun qaydalarına uyğun olmadığı səbəbi ilə dayandırdığını bildirir.

BFB-dən verilən məlumata görə, Üzvlük Komissiyasının avqustun 29-da verdiyi qərar ilə «BROKDIL-AZ» MMC, «Çelsi Kapital» MMC, «Bob Broker» MMC, «Xalq Kapital» MMC, «Standard Kapital» MMC və «Dəmir investisiya şirkəti» QSC-nin üzvlüyü 2017-ci il yanvarın 1-nə kimi dayandırılıb.

Eyni zamanda, «Yapı Kredi İnvest» MMC-nin BFB-də üzvlüyünə onun öz xahişi ilə xitam verilib.

Hazırda BFB-nin «Kapital Menecment» ASC, «İnvest-AZ» QSC, «Az-Finans investisiya şirkəti» QSC», «Unicapital» ASC, «Paşa Kapital» QSC və «PSG-Kapital İŞ» QSC daxil olmaqla, 6 üzvü var.

Üzvlüyü dayandırılan şirkətlər, hələlik, bu qərara münasibətlərini açıqlamayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG