Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:55

Rusiya paralimpiyaçılarına daha bir qadağa


Rusiya Paralimpiya Komitəsinin rəhbəri Mikhail Terentyev, arxiv fotosu

Rusiya Paralimpiya Komitəsinin rəhbəri Mikhail Terentyev, arxiv fotosu

-

Rusiya paralimpiyaçıları 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Paralimpiya oyunlarına da buraxılmayacaq. Məlumatı avqustun 29-da Rusiya Paralimpiya Komitəsi yayıb. Qeyd edək ki, rusiyalı atletlər gələn ay Rio Paralimpiya oyunlarına da buraxılmır.

Rusiya paralimpiyaçıları dünyada ən yaxşılardan sayılır. 2014-cü ildə Soçi qış paralimpiya oyunlarında medal cədvəlinin başında gəliblər. 2012-ci il Londondakı yarışlarda isə Çindən sonra ikinci yeri tutublar. Bu atletlər bircə öz ölkələrində elə də məşhur deyillər. Bu da cəmiyyətin və dövlətin münasibətiylə bağlıdır.

Qadağanı Ümumdünya Antidopinq agentliyinin tövsiyəsi ilə Beynəlxalq Paralimpiya Komitəsi qoyub. Agentlik Rusiya hökumətinin illər boyu idmançılara dopinq verilməsinə sponsorluq etdiyini üzə çıxarmışdı.

Amma Rusiya 267 atletinə qarşı bu addımla mübarizə aparacağını bildirib. Ötən həftə İdman üzrə Arbitrasiya Məhkəməsi Rusiyanın Rio qadağasından şikayətini rədd edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG