Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:52

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai şöbəsi Gənclər Komitəsinin fəalı Məsud Rzalının avqustun 29-da azadlığa buraxıldığı bildirilir.

Bu barədə AXCP-yə istinadən azadliq.info xəbər yayıb.

M.Rzalının avqustun 12-də saxlandığı, polisə müqavimətdə günahlandırılaraq 30 sutka inzibati həbs cəzası aldığı bildirilirdi. Ancaq onun vaxtından əvvəl buraxılmasının səbəbi izah edilmir.

M.Rzalı saxlanarkən partiya yoldaşları bunu onun sosial şəbəkələrdəki statusları ilə izah etmişdilər

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Daha bir neçə partiya fəalı inzibati qaydada həbs edilib. Partiya onların həbsini siyasi sifariş sayır. Azərbaycanda rəsmiləri isə ölkədə siyasi həbslərin olmadığını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG