Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 22:54

Obama Erdoğanla Çində görüşəcək


Prezidentlər Barack Obama və Recep Tayyip Erdoğan

Prezidentlər Barack Obama və Recep Tayyip Erdoğan

Reuters agentliyinin yaydığı xəbərə görə ABŞ prezidenti Barack Obama və Türkiyə lideri Recep Tayyip Erdoğan arasında ikitərəfli danışqılar gələn ay Çində keçirilən G20 sammitində yer alacaq.

Ağ Ev bildirib ki, sentyabrın 4-5-də keçiriləcək bu tədbir zamanı Obamanın Vladimir Putinlə də qeyri-rəsmi görüşü ola bilər.

Xəbər verilir ki, Obama Erdoğandan Türkiyədə baş vermiş iyul çevriliş cəhdindən sonra ölkədəki vəziyyət barədə məlumat alacaq.

Milli təhlükəslzik müşaviri Ben Rhodes müxbirlərə deyib ki, bu görüşdə habelə İslam Dövləti adlandırılan qrupa qarşı mübarizənin vəziyyəti və Suriyada sülhün perspektivləri kimi məsələlər müzakirə olunacaq.

Ağ Ev bildirib ki, Vaşinqton Türkiyənin Suriyanın şimalındakı kürd birləşmələrinə qarşı hücumlarından narazıdır.

Son xəbərlərə görə Türkiyə ordusu ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri üzərinə hücum əməliyyatları keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG