Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:05

Azərbaycanda da danışılmış oyun cinayət sayılacaq


Rövnəq Abdullayev
Rövnəq Abdullayev

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin avqustun 29-da keçirilən iclasında danışılmış oyunlara qarşı birgə bəyannamə qəbul olunub.

"Report"un məlumatına görə, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev iclasdan sonra jurnalistlərə bilgi verib.

Danışılmış oyun-qara yara...

O qeyd edib ki, ilk növbədə qurumun icraiyyə komitəsi üzvləri bu sənədə qol çəkib. Bütün futbol ictimaiyyətinə bu bəyannamayə qol çəkməyə çağırış edilib: "Bir müddət öncə AFFA prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubda xahiş etmişik ki, Azərbaycanın Cinayət Məcəlləsində də bu məsələ qeyd olunsun, danışılmış oyunlarla məşğul olanlar cinayət məsuliyyətinə cəlb edilsinlər. Bu, bütün dünyada böyük problemdir. Problemdən biz də yan qaça bilmirik. Bununla mübarizəni daha da gücləndirməliyik ki, Azərbaycan futbolu və idmanı bu qara yaradan uzaq olsun".

Buna da bax: Olimpiadanın qızıl medalının neçə faizi qızıldı

Buna da bax: Olimpia çempionunun atası: «Cahangir Əsgərova demişdilər ki, Nicat alkaşdır, atası da müxalifətçi»

Hələ 5 il əvvəl Türkiyədə bu məsələ qanunvericilikdə öz əksini tapıb. Elə həmin il Türkiyədə danışılmış oyunlarla bağlı kütləvi həbslər həyata keçirildi. Həbs edilənlərin arasında «Fenerbahçe» klubun prezidenti Aziz Yıldırım da var idi. Həmin məsələ üstündə «Fenerbahçe» və daha bir neçə klub UEFA-dan da sərt cəza almışdı.

Azərbaycan futbol liqalarında da danışılmış oyunların olduğu deyilir. Ancaq belə hallar, hələlik, rəsmi təsdiqini tapmayıb.

XS
SM
MD
LG