Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:07

Qarabağ əlilinin həbsindən apelyasiya şikayəti verilib


İsmayil Rasulov
İsmayil Rasulov

AXCP üzvü, II qrup Qarabağ əlili İsmayıl Rəsulovun həbs qərarından apelyasiya şikayəti verilib. Bu barədə AzadlıqRadiosu-na vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkil bildirib ki, şikayət avqustun 29-da məhkəməyə təqdim olunub.

"Biz apelyasiya şikayətinə şahid ifadələri, ona gələn zənglərin fotoşəklini, "facebook"dan çıxarışları da əlavə eləmişik. Bunlar sübut edir ki, İsmayıl Rəsulov özü könüllü gedib polis bölməsinə, heç bir müqavimətdən söhbət gedə bilməz. Təsəvvür edin, 59 yaşlı Qarabağ veteranı, ali təhsilli adamı ittiham edirlər ki, guya, küçədə xalqa və dövlətə qarşı çağırışlar edib, söyüş söyüb, polis yaxınlaşıb onu sakitliyə dəvət edəndə o, müqavimət göstərib", – Əsabəli Mustafayev bildirib.

Buna da bax: 30 sutka alan cəbhəçi polisə müqavimətdə günahlandırılır

Vəkil qeyd edib ki, yerli məhkəmələr obyektiv qərar çıxarıb, ədaləti bərpa eləməsə, bu iş Avropa Məhkəməsinə çıxarılacaq.

İ. Rəsulov avqustun 24-də axşam saatlarında saxlanılıb və ertəsi gün Qaradağ Rayon Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı verib. Qarabağ əlilinin polisə müqavimət göstərdiyi bildirilir.

İ. Rəsulov isə vəkilinə ittihamın qurama olduğunu, kimsəyə müqavimət göstərmədiyini deyib.

Oğlu Elşən Rəsulov da bildirib ki, atası evdə olarkən polisdən özləri zəng vurub çağırıblar.

XS
SM
MD
LG