Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:39

►Çikaqoya müntəzəm reyslərin açılması planlaşdırılır

Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way Airlines” şirkəti daha bir yeni “Boeing 747-8F” təyyarəsi alıb.

Şirkətin mətbuat xidmətinin məlumatına görə, bu “Silk Way Airlines”in istismar edəcəyi artıq səkkizinci “Boeing” tipli və dördüncü “Boeing 747-8F” markalı təyyarədir.

Yeni təyyarə aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Buna da bax: Arzu Əliyevanın bankı ziyana düşüb

Məlumatda həmçinin qeyd olunur ki, Bakıdan Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq, Şanxayla yanaşı, Çikaqo və Dakkaya da yeni reyslərin açılması planlaşdırılır.

"Silk Way" Aviaşirkətini 2001-ci il oktyabrın 9-da Azərbaycan Mülki Aviasiyası yaradıb. "Silk Way" Aviaşirkəti Azərbaycanda əsas aviadaşiyıcılardandır.

Buna da bax: Prezident İlham Əliyevin qızı bank üzərində nəzarət əldə edib

XS
SM
MD
LG