Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:20

E.Məmmədyarov M.Janelidze ilə görüşüb


E.Məmmədyarov və M.Janelidze
E.Məmmədyarov və M.Janelidze

Gürcüstana səfər edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da bu ölkədən olan həmkarı Mikheil Janelidze ilə görüşüb.

Görüşdə iki ölkə arasında münasibətlər, regionda və dünyada baş verən hadisələr müzakirə edilib.

Bu haqda Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafındakı durumdan bəhs edilib. E.Məmmədyarov həmkarını danışıqlar prosesi barədə məlumatlandırıb.

Enerji və nəqliyyat sahəsində ölkələrarası əməkdaşlığın da görüşdə diqqət mərkəzində olduğu açıqlanıb.

Nazirlər eyni zamanda Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda mövcud əməkdaşlığı və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Avqustun 29-da Azərbaycan xarici işlər nazir Elmar Məmmədyarov Gürcüstana gedib.

Bu səfər çərçivəsində Elmar Məmmədyarovun parlamentin sədri David Usupashvili və baş nazir Giorgi Kvirikashvili ilə də görüşü nəzərdə tutulur.

XS
SM
MD
LG