Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 02:18

İran daxili internetini işə salır


İranlı qadınlar internet qarşısında, arxiv fotosu

İranlı qadınlar internet qarşısında, arxiv fotosu

-

İran Milli Məlumat Şəbəkəsinin birinci mərhələsini işə alıb. Bu barədə ölkənin rəsmi xəbər agentliyi məlumat yayıb. Beləliklə, Tehran ölkə daxilində internet – Intranet yaratmış olur.

Məqsəd onlayn islami kontent yaymaq, ümumdünya internet şəbəkəsindən asılılığı azaltmaqdır, IRNA avqustun 28-də bildirib.

Həmçinin qeyd olunur ki, milli şəbəkə məlumat bazasının təhlükəsiz transferini, kiberhücumlara qarşı daha yaxşı qoruma təklif edəcək.

IRNA-nın məlumatına görə, on ildir yaradılmış layihənin ikinci hissəsi fevralda işə düşəcək, tam şəbəkə isə gələn ilin avqustunda bitəcək.

Bəzi tənqidçilərin fikrincə, hökumət bu şəbəkədən istifadəçilərin onlayn çıxışını məhdudlaşdırmaq məqsədilə istifadə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG