Avqustun 30-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Gecə mülayim şimal-qərb, gündüz şimal-şərq küləyi əsəcəyi bildirilir.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.
Abşeron çimərliklərində suyun istiliyi 24-28 dərəcə arasında dəyişəcək.
Avqustun 30-da bölgələrdə də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, amma bəzi dağlıq ərazilərdə yağış yağacağı bildirilir.
Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz isə 21-26 dərəcə isti olacağı ehtimal edilir.