Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:53

Vəkil: 'Akif Çovdarovun səhhəti ağırdır'


Akif Çovdarov
Akif Çovdarov

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi Akif Çovdarovun barəsindəki cinayət işinin materialları ilə tanış olmağı dayandırdığı bildirilir. Səbəb onun səhhəti göstərilir.

Bu haqda sabiq idarə rəisinin vəkili Sadiq Rəsulov danışıb.

Vəkil APA-ya deyib ki, müdafiə etdiyi şəxsin səhhəti ağırdır. «Onun üçün cinayət işinin materialları ilə tanış ola bilmir. Akif Çovdarov bir müddətdir aclıq aksiyasına başlayıb. Hazırda aclıq aksiyasını davam etdirir. O, bir neçə xəstəlikdən əziyyət çəkir. Aclıq aksiyası isə səhhətinə daha pis təsir edir. Hazırda Bakı İstintaq Təcridxanasının sanitar hissəsində saxlanılır», - vəkil bildirib.

A.Çovdarovun istintaqın gedişindən narazı olduğu bildirilir.

Penitensiar Xidmət A.Çovdarovun səhhəti və aclıq aksiyası keçirməsi ilə bağlı hər hansı açıqlama verməyib.

A.Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O zaman Baş Prokurorluğun yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir.

A.Çovdarova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma ) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

A.Çovdarovla bağlı istintaqın başa çatdığı, yaxın günlərdə işin məhkəməyə göndəriləcəyi bildirilir.

XS
SM
MD
LG