Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:57

-

Türkiyə ordusu Suriyanın şimalında kürd YPG döyüşçüləri ilə İslam Dövləti (İŞİD) yaraqlılarına qarşı göstərdiyi qətiyyətlə savaşacaq. Bunu Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyir. Avqustun 28-də Qaziantep şəhərində çıxış edən Erdogan bildirib ki, “terrorçu təşkilatlara qarşı əməliyyatlar sonadək davam edəcək”. Ötən həftə Qaziantepdə kürdlərin toy məclisinə hücum olub, 50-dən çox adam öldürülüb.

Bu arada Türkiyə ordusu və müttəfiqi, Sultan Murad adlı üsyançı qruplaşması Suriyanın şimalında kürdlərin nəzarətində olan Manbic şəhərinə doğru irəliləməkdədir.

Avqustun 23-də Türkiyə Suriyanın şimalındakı İŞİD yaraqlılarına qarşı hərbi əməliyyatlar başladıb. Türkiyə eyni zamanda ABŞ-ın dəstəklədiyi Suriya kürdləriylə də savaşır.

YPG Manbici İŞİD-dən avqustun əvvəlində alıb. ABŞ hərbi təyyarələri də qruplaşmaya kömək etmişdi.

İndi həm Ankara, həm də ABŞ Suriya kürdlərindən tələb edir ki, Suriyanın şimalından Fərat çayının qərbinədək bütün ərazini boşaltsınlar.

Jurnalistlərin avqustun 29-da bildirdiyinə görə, YPG döyüşçüləri Manbicdəki mövqelərini gücləndirir, Türkiyə və üsyançı dəstələri isə şəhərə doğru irəliləməkdədir.

Türkiyə Suriya sərhədi boyunca YPG qruplaşmasının möhkəmlənməsini əngəlləməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG