Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:04

Taxıl istehsalında ziddiyyətli rəqəmlər


Taxıl
Taxıl

2016-cı ildə Azərbaycanda 2 milyon 820 min ton taxıl istehsal olunub. Bu göstəricinin ötən illə müqayisədə 2 faiz çox olduğu bildirilir.

Bu haqda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev danışıb.

AZƏRTAC-ın xəbərinə görə, nazir müavini ötən ilə nisbətən bu il ölkədə taxılçılıq sahəsində inkişafa nail olunduğunu vurğulayıb.

«Eyni zamanda, bu il 1 milyon 844 min ton buğda istehsal edilib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 10 faiz çoxdur», - nazir müavini bildirib.

Maraqlıdır ki, İlham Quliyevin açıqlaması onun çalışdığı Kənd Təsərrüfatı Nazirliyinin ( KTN) indiyə qədərki bilgiləri ilə üst-üstə düşmür.

Nazirlik bundan əvvəl açıqlamışdı ki, 2015-ci ildə ölkədə 2 milyon 999 min ton taxıl istehsal edilib. Dövlət Statistika Komitəsinin rəsmi statistik bilgilərində də belə deyilir.

2016-cı il üçün taxıl istehsalı gözləntilərinin 3 milyon ton olduğu bildirilirdi.

XS
SM
MD
LG