Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:47

Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığındakı qədim yaşayış yerindən XII əsrə aid pul dəfinəsi tapılıb. Dəfinənin tapıldığı tarix açıqlanmır.

Tədqiqat işləri zamanı aşkar olunan dəfinə təsərrüfat küpünün içərisində çoxlu sayda mis sikkələrdən ibarətdir. Artıq mis sikkələr üzərində aparılan tədqiqatın da başa çatdığı bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, tapılan 273 ədəd mis sikkə tədqiq olunmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutuna aparılıb. Sikkələri professor Əli Rəcəbli araşdırıb.

Həmçinin, mis sikkələri AMEA Radiasiya Problemləri İnstitutunun «Radiokimya laboratoriyası»nda kimya elmləri namizədi Rauf Quliyev təmizləyib.

Mis dirhəm və fəlslərdən ibarət olan qədim pullar Atabəy Eldəgizlər dövrünə aid edilir. Sikkələrin epitafiyalarındakı salamat qalan hissələrindən məlum olur ki, qədim mis pullar İraq Səlcuq sultanı Arslan şahın (1161-1176) adından kəsilib. Dirhəmin bir tərəfində Abbasilərin xəlifəsi olan Əbül Müzəffər əl-Müstəncidin (1160-1170) adı həkk olunub. Digər tərəfində isə «Qurani Kərim»in «Tövbə» surəsinin 33-cü ayəsindən bir hissə yazılıb.

Dəfinənin nümayiş etdirilmək üçün Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG