Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:23

Gürcüstanın Daxili İşlər Nazirliyi Patrul polis departamenti və “İnterpol”-un Tbilisi bürosunun əməkdaşları Əziz. M adlı Azərbaycan vətəndaşını saxlayıb.

APA -nın məlumatına görə, Gürcüstanın Daxili İşlər Nazirliyi “İnterpol”-un Paris Bürosunun onun barəsində axtarış elan etdiyini açıqlayıb.

Əzilz M. Gürcüstana daxil olarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2014-ci ildən axtarışda olan 46 yaşlı Əziz Fransa Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham edilib. O, ehtiyatsızlıq edərək adam öldürmək, gəmi kapitanının qaçmasına yardım etmək və fəlakətə düçar olanlara yardım etməməkdə şübhəli sayılır.

Hazırda onun verilməsi ilə bağlı proses gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG