Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:19

Islam Karimov-un müalicəsinin nə qədər sürəcəyi məlum deyil (Video)


Özbəkistan prezidentinin qızı Lola Karimova atasının insult keçirdiyini yazır. Onun şəxsi İnstagram səhifəsində yaydığı mesaj budur:

***

Özbəkistan prezidenti Islam Karimov xəstəxanaya yerləşdirilib. O, «hərtərəfli tibbi yoxlama»dan keçməlidir.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Hökumətin məlumatına görə, I.Karimov «lazımi tibbi müalicə» almalıdır.

Amma avqustun 28-də yayılan məlumatda I.Karimov-un xəstəxanaya düşməsinin səbəbi və orda nə qədər qalacağı barədə məlumat verilmir.

Karimov-un ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Ancaq hökumət açıqlamasında konkret xəstəlikdən bəhs etməyib.

AzadlıqRadiosunun rəsmi mənbələrdən aldığı məlumata görə, I.Karimov bir neçə gündür ki, ağır xəstədir.

Onun sentyabrın 1-də Özbəkistanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə keçiriləcək mərasimdə iştirakı planlaşdırılıb.

78 yaşlı Karimov 25 ildir Özbəkistanı idarə edir. Onun daha öncə ürək və respirator xəstəlikdən əziyyət çəkməsi barədə məlumatlar yayılmışdı.

Sonuncu dəfə prezident dövlət televiziyasında avqustun 17-də, Cənubi Koreyanın daxili işlər naziriylə görüşdə görünüb.

Özbəkistan prezidentinin varisinin olmaması bu ölkədə uzunmüddətli sabitlik barədə suallar yaradıb. Özbəkistanda keçirilən heç bir seçkini beynəlxalq müşahidəçilər azad və ədalətli hesab etməyiblər.

1989-cu ildə Kommunist Partiyasının birinci katibi seçilməklə hakimiyyətə gəlmiş Islam Karimov 1991-ci ildə ölkənin müstəqilliyini elan edib, daha sonra ilk prezident seçkisinin qalibi olub. O, üç dəfə 90 faiz səs toplamaqla prezident seçilib. Hər halda, rəsmi rəqəmlərdə belə deyilir.

I.Karimov referendumlar keçirməklə prezidentlik müddətini uzadıb. O, dünyəvi siyasi müxalifəti neytrallaşdırıb, bütün müxalifət mediasını sıradan çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG