Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:36

Goranboy rayonunun Buzluq kəndində 1 ədəd 100 mm-lik partlamamış top mərmisi aşkarlanıb.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) "Report"a verilən məlumata görə, onlar Goranboy rayonunun Buzluq kəndində otlaq sahəsində 1 partlayış yerinə baxış keçirilərkən 1 ədəd 100 mm-lik partlamamış top mərmisi (PS-34, qəlpəli-partlayış dalğalı) aşkar edilib, 5 000 kv.m ərazi yoxlanılıb.

ANAMA bildirir ki, bu ilin aprel – avqust aylarında həm cəbhəyanı, həm də digər şəhər və rayonlarda evlərə, həyətyanı sahələrə, hərbi hissələrə, kənd qəbiristanlıqlarına, məktəb və tibb məntəqələrinə, o cümlədən sənaye müəssisələrinə baxış keçiriblər. Baxış zamanı 3500 partlamamış hərbi sursat, 50-dən çox müxtəlif piyada və tank əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG