Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:57

“Azadlıq” qəzetinin növbəti sayı çap olunmayacaq. Bunu AzadlıqRadiosuna qəzetin baş redaktor əvəzi Rahim Hacıyev bildirib: “Bu gün qəzet çap olunmadığıüçün sabah satışımız olmayacaq”, o deyib.

Onun sözlərinə görə, səbəb maliyyə problemləri ilə bağlıdır. Ancaq qəzetin 30 avqust sayının çapına ümidlə yanaşırlar.

Rahim Hacıyev deyib ki, qəzet kağız formasında dərc olunmasa da, sayt əvvəlki qaydada öz fəaliyyətini davam edəcək, yəni “Azadlıq” oxucuları yeni materialları saytdan oxuya bilərlər.

Əsasən hakimiyyəti tənqidi ilə tanınan “Azadlıq” qəzeti zaman-zaman maliyyə çətinlikləri ilə üzləşib, bəzən günlərlə çapını dayandırıb. Qəzet rəhbərliyi bildirir ki, yayım firmalarının onlara minlərlə manat borcu var, ancaq bu borcu ala bilmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG