Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 11:08

Azərbaycanda uşaqlar ən çox tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkir


Foto arxiv

Foto arxiv

Ötən il Azərbaycanda yaşı 18-dək olan 800 mindən çox uşağa ilk dəfə müxtəlif xəstəliklər üzrə diaqnoz qoyulub.

“Trend” Agentliyi Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, uşaqların əksəriyyətində - 400 minə yaxın uşaqda tənəffüs orqanları xəstəlikləri qeydə alınıb.

İlk dəfə qoyulmuş diaqnozla xəstə kimi qeydiyyata alınan uşaqların 71 minində infeksion və parazit xəstəliklər qeydə alınıb.

Uşaqların təxminən 64 minində həzm sistemi, 40 minində sinir sistemi, 37 minində qan xəstəlikləri, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizminin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular müşahidə edilib.

Uşaqlar arasında göz xəstəlikləri də çox rast gəlinən problemlərdəndir.

Ümumiyyətlə, göz xəstəlikləri diaqnozu qoyulmuş uşaqların sayı 2010-cu illə müqayisədə artıb. 2015-ci ildə belə uşaqların sayı 2014-cü illə müqayisədə az olsa da, ötən ilki göstərici yenə də 6 il əvvəlki sayı üstələyib.

2010-cu ildə 18 yaşadək uşaqların hər 10 000 mininə 81,4 nəfər ilk dəfə göz xəstəliyi diaqnozu qoyulan pasiyent duşurdüsə, 2014-cü ildə bu rəqəm 133,7, ötən il 123,5 nəfər olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG