Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:47

Italiya muzeyləri zəlzələdən dağılan şəhərlərə yardım edir


Foto arxiv

Foto arxiv

Italiya muzeyləri zəlzələdən dağılan şəhərlərə yardım edəcək.

Bazar günü bütün muzeylərdə biletlərdən əldə edilən gəlir dağılan şəhərlərin bərpasına yönəldiləcək.

Bunu Avqustun 28-də İtaliyanın mədəniyyət naziri Dario Fransisko bildirib.

Associated Press xəbər verir ki, nazir ölkə sakinləri və turistləri muzeylərə getməyə və bununla həmrəylik göstərməyə çağırıb.

Nazirin sözlərinə görə, 300-ə yaxın tarixi bina zədələnib və ya dağılıb. Zəlzələ nəticəsində 2 mindən çox adam evsiz qalıb.

İtaliyanın baş naziri bərpa işlərinə 50 milyon avro ayrılacağını bildirib.

Avqustun 24-də İtaliyanən mərkəzinda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 290-a çatb.

Bundan başqa xeyli sakin itkin düşmüş hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG