Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:32

Avqustun 28-də Kiyevdə rusiyalı jurnalist Aleksandr Shchetinin-in meyiti tapılıb.

Bu barədə Ukrayna polisinin mətbuat xidməti məlumat yayıb.

Aleksandr Shchetinin “Yeni region” agentliyinin təsisçisi olub.

Dostları onun ad gününü təbrik etmək üçün Aleksandr Shchetinin-in mənzilinə gələndə jurnalisti stulda başından yara almış vəziyyətdə görüblər, yerdə isə silah olub.

AzadlıqRadiosunun Kiyevdəki müxbiri xəbər verir ki, hadisə yerinə gələn istintaqçılar ilkin olaraq intihar versiyası üzərində dayanıblar.

Məlumatlara görə, Aleksandr Shchetinin-in özünə qəsd edəcəyi ilə bağlı dostlarına elekton məktubu üzə çıxıb.

Jurnalist 2014-cü ilin fevralına qədər 20 ildir ki, təsis etdiyi “Yeni region” agentliyinin baş redaktoru olub.

Kremlin siyasətini tənqid edən Aleksandr Shchetinin Rusiya hakimiyyətinin təzyiqləri ilə üzləşirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG