Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:25

İtaliyada 200-dən çox adamın ölmü ilə nəticələnən zəlzələdən sonra tikinti normalarının pozulub-pozulması ilə bağlı istintaq başlanıb.

Zəlzələnin böyük dağıntılar yaratdığı Rietinin prokuroru deyib ki, baş verənləri yalnız bədbəxt hadisə kimi qiymətləndirmək olmaz. O hesab edir ki, bəzi tikinti şirkətləri sement yox, daha çox qum prinsipi ilə işləyirlər.

Amatriçe sakinləri hələ bir müddət əvvəl yenicə təmirdən çıxmış məktəb binasında problemlər olması ilə bağlı xəbərdarlıq etmişdilər.

Son məlumatlara görə, İtaliyanın mərkəzində baş verən zəlzələdə ölənlərin sayı 290-a çatıb.

Bir çox sakin isə hələ də itkin düşmüş hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG